Rusiyada Ukrayna tərəfdarları həbs olunur

0
176

Rusiyada Ukrayna tərəfdarları həbs olunur
Fevralın 24-də Moskvada polislər Rusiyanın Ukraynanı işğal etməsinə etiraz olaraq keçirilən aksiya zamanı bir qadını saxlayıblar.

Bu gün Moskvada və Sankt-Peterburqda Rusiyanın Ukraynanı işğal etməsinə etiraz olaraq aksiyalar keçirilib. Bu foto polislərin Moskvada aksiya iştirakçısını həbs etməsini göstərir.

Rusiya Prezidenti Vladimir Putin cümə axşamı günü Ukraynaya qarşı genişmiqyaslı işğala başlayıb.

Onlarla insanın ölümünə səbəb olan Rusiyanın başlatdığı müharibə, qərb liderlərini Kremlə qarşı misli görünməyən sanksiyalar qəbul etməyə məcbur edib.

Rusiyanın hava qüvvələri Ukraynanın hərbi bazalarını vurduğu müddətdə quru qoşunları ölkənin şimal, cənub və şərq istiqamətindən hücuma keçib. Nəticədə çoxlu sayda ukraynalı bombalardan qaçmaq üçün evlərini tərk etməyə məcbur olub.