Rusiyadan ABŞ-a TARİXİ TƏKLİF: Putin və Tramp…

0
158

Kreml ABŞ-da həbsdə saxlanılan rusiyalı pilot Konstantin Yaroşenkonun ekstradisiyası üçün Rusiyada həbsdə saxlanılan ABŞ vətəndaşlarının geri qaytarılmasına razıdır. Həmçinin, pilotla bərabər, Rusiyanın ABŞ-dakı diplomatik mülklərinin də geri qaytarılması tələb olunur.

Terefsiz.az xəbər verir ki, bunu Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Nazir müavini bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında G20 zirvəsində baş tutan görüş münasibətlərin yaxşılaşdırılması üçün dayaq nöqtəsidir. ABŞ-la münasibətlərin normallaşdırılması üçünsə insani mövzulardan başlamaq lazımdır: “Həmkarlarımıza çağırışımızdır: Yoraşenkonu sərbəst buraxın. Onu Rusiyada məhbus olan amerikalılarla dəyişdirin. Sadəcə Vyana Razılaşmasını deyil, xüsusi hüquqları pozaraq girov götürülən mülklərimizi geri verin”.

Ryabkov bildirib ki, hər iki ölkənin konsulluq və səfirliklərindəki işlərin asanlaşdırılması və heyət sayının azaldılması qərarının arxasına sığınmaq lazım deyil. Uzun viza növbələrinin ortadan qaldırılması və praqmatik formada irəliləyiş əldə olunması vacibdir.

Qeyd edək ki, Konstantin Yaroşenko, Liberiyada narkotik qaçaqçılığı ittihamı ilə 2010-cu ildə həbs olunmuşdu. Pilot ABŞ-da çıxarıldığı məhkəmədə 100 milyon dollardan çox dəyəri olan kokainin ölkəyə gətirilməsi ittihamı ilə 20 il həbsə məhkum olunmuşdu.

ABŞ Rusiyanın San Fransisko baş konsulluğu və Sattl konsulluğu ilə yanaşı, Nyu-York və Vaşinqtondakı ticarət nümayəndəliklərini bağlamışdı. Konsulluğun binası girov götürülmüş və bayraqlar endirilmişdi.

İstinad: Publika.az

Terefsiz.az