Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub.
Atışma dərs zamanı başlayıb. Qara geyimli naməlum şəxs sinif otağına girərək uşaqlara atəş açıb.“Terefsiz.az” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Hücum edən şəxs məktəbin ikinci mərtəbəsində polisə atəş açıb.
O, heç bir tələb irəli sürməyib. Təhsil müəssisəsinin ərazisi mühasirəyə alınıb.
Udmurtiyanın rəhbəri Aleksandr Breçalov hadisə yerinə gəlib.
Məlumata görə, məktəbin mühafizəçisi ölüb, hücum edən şəxs intihar edib.
Baş vermiş atışma nəticəsində 11-i uşaq olmaqla 15 nəfər ölüb, 22 uşaq və 2 böyük olmaqla 24 nəfər xəsarət alıb.
Xatırladaq ki, həlak olanlarla bağlı Udmurtiyada sentyabrın 29-dək matəm elan edilib.