Rusiyanın məşhur idman saytı millimizin keçmiş futbolçusundan yazdı

0
159

Rusiyanın “Sports.ru” saytı 2000-ci ildən bəri ən yaxşı futbolçuların siyahısını açıqlayarkən Azərbaycan millisinin keşmiş üzvü Narvik Sirxayevin də adını çəkib.

Terefsiz.az xəbər verir ki, milliyyətcə ləzgi olan azərbaycanlı Narvik Mahaçkalanın “Anji” komandasının dördüncü yerinin əsas yaradıcılarından biri olub.

“Xatırladaq ki, 2000 mövsümündə Dağıstan komandası birinci diviziondan təzə tərk etmişdi və dərhal bu qədər yüksək pilləyə qalxdı! Narvik özü 30 matçda 10 qol vurub. O, 2002-ci ildə “Lokomotiv”ə  keçdi. Narvik 2008-ci ildə cəmi bir ay iştirak etdiyi Bakının “Olimpik”ində karyerasını başa vurdu”, – deyə müəllif əlavə edib.

Qeyd edək ki, Narvik Sirxayev 1996-1999-cu illərdə Azərbaycan milli futbol komandasının heyətində 17 oyun keçirib və 1 qol vurub.

Karyerası ərzində Mahaçqalanın “Dinamo”, “Anji”, həmçinin digər Rusiya klubları “Terek”, “Torpedo-Metallurq” və “Lokomotiv”də oynayan Sırxayev “dəmiryolçular”ın heyətində çempionat (2002) və Superkubokun (2003) qalibi olub.

Azərbaycan milli komandasının sabiq futbolçusu Narvik Sırxayev 2009-cu ildə məşqçilik fəaliyyətinə başlayıb. 35 yaşlı veteran futbolçunun çalışdırıcı kimi ilk iş yeri Moskva “Lokomotiv”i olub. Sırxayev Rusiya çempionatının ikinci divizionun Qərb zonasında çıxış edən “Lokomotiv-2” komandasında baş məşqçi Yevgeni Xarlaçovun köməkçisi təyin edilib.

2008-ci ilin birinci yarısında Bakının “Olimpik” klubunda çıxış edən Sırxayev o vaxtdan Ali Məşqçilər Məktəbinin tələbəsidir.

istinad:oxu.az