Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib

0
61

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.

“Terefsiz.az”ın məlumatına görə, bu barədə “TASS”a fövqəladə hallar xidmətlərindən məlumat verilib

Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.

Nəticədə bir nəfər ölüb,25 nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.

Hazırda aidiyyati qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.

Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə baş verən partlayış zamanı xəsarət alanların sayı 25 nəfərə çatıb.

Xəsarət alan on nəfərin vəziyyəti ağırdır.

Hadisə şahidləri bildirib ki, hərbi jurnalist Vladlen Tatarskinin əlində ona hədiyyə olunmuş kiçik heykəl partlayıb. Belə ki, tədbir iştirakçılarından biri özünü rəssam Nastya kimi təqdim edib. O, Tatarskinin büstünü düzəltdiyini və təqdim etmək istədiyini söyləyib.

Qız qarderobun yanına gedib və oradan böyük qutu ilə qayıdıb. Heykəl müharibə müxbirinin əlində olanda partlayıb.

Hadisə yerində 13 təcili yardım briqadası cəlb edilib. Zərərçəkənlərə tibbi yardım göstərilir. Onların arasında uşaq da var.

“Baza” teleqram kanalının mənbəyə istinadən verdiyi məlumata görə, partlayıcı qurğu məsafədən idarə olunan olub və gipsdə gizlədilib.

Ehtimal olunur ki, hücum edənlər bu yolla kafedə ola biləcək xidməti iti aldatmağı planlaşdırıblar, çünki bir heyvanın gipsdən partlayıcı qurğunun iyini hiss etməsi çətinləşir. Partlayışın gücü 100 qram trotil olub.

terefsiz.az