Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov təhqir və təhdidlərə məruz qaldığını etiraf edib.
“Sizin hərbçilərin kəllələrindən göydələnlər quracayıq”, “Axıtdığınız hər damla qan üçün cavab verəcəksiniz” kimi təhdidlər alıram”, -deyə diplomat bildirib.
“Lenta.ru” xəbər verir ki, səfir öz təhlükəsizliyindən narahat deyil, lakin Türkiyə və Rusiya xalqları arasında nifrətin yaranmamasını istəyir.
“Belə abu-hava iki ölkə arasında mövcud olan münasibətləri təhlükə altına sala bilər”, – deyə Yerxov əlavə edib.
istinad:oxu.az