Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı hərbi hücum qərarından sonra Kiyevdə insanlar metro stansiyalarına axışıblar.
Metrolarda və digər sığınacaqlarda yer tapa bilməyən sakinlər isə avtobuslara doluşaraq, şəhəri tərk etməyə çalışırlar.
Bundan əlavə, market və bankomatların qarşısında uzun növbələrin yarandığı bildirilir.