Rusia Silahlı Qüvvələrinin Ukraynaya raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumu nəticəsində azı 11 nəfər ölüb.
“Terefsiz.az” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
“Bu gün Rusiya Silahlı Qüvvələrinin həm PUA-lar, həm də raketlərlə həyata keçirdiyi hücumlar nəticəsində ölkənin 11 vilayətində 11 nəfər ölüb, 11 nəfər yaralanıb”, – qeyd edilib.
Regional prokurorluqdan məlumat verilib bildirilib ki, əsasən: Zaporojyedəki elektrik obyekti hədəf alınıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı deyib ki, Rusiyanın Qara dənizdəki gəmilərdən və bombardmançı təyyarədən buraxdığı 55 raketdən 47-si havada məhv edilib.