Rüşvət alan vəzifəli şəxslərlə bağlı qərar verildi.

0
152

Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beyləqan şöbəsinin keçmiş vəzifəli şəxsləri – Mehdi Abdullayev və Novruz Alkərəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Terefsiz.az saytı oxu.az-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. 

Hökmə əsasən, M.Abdullayev və N.Alkərəmov barəsində iki il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və və hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Beyləqan meşəbəyiliyinin 2 saylı meşə dolayının torpaq sahəsinin ayrılması üçün pul alınması ilə bağlıdır. Təqsirləndirilən şəxslərin zərərçəkmiş Teymur Aslanovdan 10 min manat rüşvət aldığı bildirilir.

Onlara Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Terefsiz.az