“Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun humanitar yardımını daşıyan təyyarə Türkiyəyə gəlir”.
Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.
“Təyyaradə həm çadır, həm geyim, həm dərman vasitələri və digər əşyalar var. Bundan başqa, Azərbaycandan çıxmış 13 avtomobil xeyli yük gətirir. Həmin avtomobillərdə 260 çadır, 300 yataq, 2 çox güclü generator, 8 000 isti paltar, 2 000 ədəd corab, 350 masa, 1 000 oturacaq, 5 000 adyal var. Bunların hamısı Türkiyənin istəyinə əsasən yığılıb”, – səfir əlavə edib.