Səhiyyə Nazirliyi: Salyanda mikroavtobus qəzasında bir uşaq ölüb, 7 nəfər yaralanıb

0
260

Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.

Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Vita” markalı avtobus idarəetməni itirərək yoldan çıxıb və aşıb.

İstinad: Trend.az

Terefsiz.az