Şəmkirdə piyadanı vuran sürücü saxlanılıb.
Terefsiz.az saytının məlumatına görə, Şəmkir rayon ərazisində yolu qarşı tərəfə keçmək istəyən piyada, 1955-ci il təvəllüdlü Qələndər Əli oğlu Əliyevi idarəetdiyi “VAZ-2107” markalı avtomobillə vuran, 1956-cı il təvəllüdlü Mübariz Mahmud oğlu Hüseynov saxlanılıb.
Qeyd edək ki, ağır bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
İstinad: Report.az
Terefsiz.az