Şənbə günü hava buludlu olacaq, güclü külək əsəcək.

0
2076

22 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə 22 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Güclü şimal-qərb  küləyi əsəcək.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  26-28, Bakıda  gecə 21-23, gündüz  26-28 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm  civə sütununa  yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.

 

Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

 

22 avqustda Azərbaycanın rayonlarında  bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,  dolu düşəcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz  13-16 dərəcə  isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

Avqustun 22-də Abşeron yarımadasında güclü şimal-qərb küləyi fonunda temperaturun aşağı enəcəyi  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

TEREFSİZ.AZ