Dövlət Gömrük Komitəsi (DGK) 2019-ci ilin dövlət büdcəsi ilə bağlı proqnoz tapşırığına noyabrın 5-də 100% əməl edib. 10 ay ərzində isə büdcə öhdəliyi 123% yerinə yetilirib.
Terefsiz.az saytı xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfrasında Komitənin sədri Səfər Mehdiyev məlumat verib.
“Bu gedişlə bu il büdcəyə 700 milyon manat əlavə vəsait köçürəcəyik”, – deyə o, qeyd edib.
Xatırladaq ki, bu il DGK-nın büdcə öhdəliyi təxminən 3,7 milyard manatdır.
İstinad: report.az
Terefsiz.az