Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov, vaxtilə qardaşından “Komando” hərbi briqadasında xidmətə qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunduğu iddiasının doğru olmadığını söylədiyi videosu sosial şəbəkələrdə paylaşılıb.
“Terefsiz.az” diqqətinizə çatdırır ki,ilk paylaşılan görüntülərdə Sənan Əhmədov demişdi ki, qardaşı ikiqat maaş almaq üçün komando briqadasına təyinat almaq istəyib: “Deyiblər ki, şirinlik verərsən həll edərik. 6 min istəyiblər. O isə bankdan 6 min manat kredit götürüb rüşvət verib”.
Bundan sonra bu iddialar haqqda Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilmişdi ki, Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib: “Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək”.
Baş Prokurorluğun Mətbuat Xidməti qanunvericiliyin tələblərinə uyğun olaraq faktla bağlı araşdırma aparıldığını bəyan etmişdi.
Yeni yayılan görüntülərdə isə Sənan Əhmədov qardaşının ailəvi səbəblərə görə getdiyini və 6 min manat rüşvət iddiasının doğru olmadığını söyləyir: