” Sənin Eşqinə ” – Bənövşə Mahmudqızı

0
531

” Sənin eşqinə ”

Arıq bədənin,
Ritmini qarışdırmış ürəyin,
Sevgi dolu gözlərin,
Həyəcandan tutulan,
Söz tutmayan o dilin,
Sən və sənin eşqin…
Mənim pırpızbaş sevgilim…
Gülümsədin, görürəm,
Fərəh doldu,
Sevgi dolu ürəyin.
Ax, sulu göz…
Doldu yenə gözlərin,
Görürəm…
Şey…
Mən deyəsən,
Deyəsən sevirəm…
Kövrəkləkmişəm,
Yaman öyrəşmişəm…
Bir də qorxuram…
Beynimi, ürəyimi
Suallarla yoruram,
Qorxuram, qorxuram…
Çox oldu yazmayalı,
Ciddiyə almayalı…
O həyacanlı gözlər,
İfadə olunmayan sözlər,
Bu şeir sənə,
Bu şeir sənin eşqinə.

Müəllif: Bənövşə Mahmudqızı