Sərbəst güləş millimiz Avropa ikincisi oldu

0
129

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına yekun vurulub.

Terefsiz.az xəbər verir ki, yarışın son günlərində sərbəst güləşçilər mübarizə aparıb.

Yığmamız qitə birinciliyində beş medal qazanıb.

Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbəy Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib.

Bu nəticəylə millimiz 116 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub.

Rusiya 186 xalla çempionluğu təmin edib. İlk “üçlüy”ü 95 xal yığan Gürcüstan qapayıb.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz də Rusiyanın ardından Avropa ikincisi olmuşdu.

istinad:oxu.az