Sərhəd Xidmətinin və Gömrük Komitəsinin rəhbərləri “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindəki vəziyyətlə tanış olublar

0
211

Terefsiz.az saytı xəbər verir ki, bu gün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində mövcud vəziyyətlə tanış olublar.

Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, səfər çərçivəsində “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinin infrastrukturunun təkmilləşdirilməsi prosesində görüləcək işlər barədə müzakirələr aparılıb.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

Qurum rəhbərləri xidmət səviyyəsinin yüksəldilməsi, sərhəd-keçid məntəqəsində baş verən sıxlıqların gələcəkdə təkrarlanmaması üçün aparılacaq yenidənqurma işlərinin səmərəliliyinin təmin olunması, sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini veriblər.

 

Terefsiz.az