Sərnişindaşımada YENİ QAYDALAR – AZAL rəsmisindən ANONS

0
320

“Pandemiya dövründə sərnişin daşımaları ilə bağlı yeni qaydalar tətbiq olunacaq”.

Terefsiz.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında çıxış edən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.

Eldar Qasımov qeyd edib ki, uçuş zamanı xəstəlik simptomu müəyyən olunan sərnişin tibbi amska ilə təmin olunacaq və digər sərnişinlərdən təcrid olunacaq:

“Azərbaycana uçuşları icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən, nəticələri neqativ olan sərnişinləri arayış əsasında uçuşa qəbul ediləcək. Qaydalara əsasən Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən sərnişinlər üçün müəyyən tədbirlər tətbiq ediləcək. Qaydaya əsasən, yalnız yola düşməyə hazırlaşan sərnişinlərin aerovağzal kompleksinin binasına daxil olmalarına icazə veriləcək. Sərnişinlərin tibbi maskalardan istifadə etməsi məcburi olacaq. Girişdə bütün sərnişinlərin bədən hərarəti ölçüləcək. Aviasiya təhlükəsizliyi əməkdaşları tərəfindən yoxlama proseduru sosial məsafəyə riayət olunmaqla, həyata keçiriləcək. Uçuş zonasında Duty Free mağazaları və restoranlar Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və göstərişlərinə riayət etməklə fəaliyyət göstərəcək”.