Şad xəbər! İdman zalları açılır. ( Ətraflı məlumat üçün linkə daxil olun )

0
239
Modern gym interior with equipment. Row of training exercise bikes wheel detail, backlight. Healthy lifestyle concept

Bu gündən etibarən idman zalları açılır.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar qəbul edib.

 

Qərara əsasən, iyunun 10-u saat 00.00-dan etibarən idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan) fəaliyyəti bərpa edilir.

 

Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

 

Terefsiz.az