Şagirdlərin fiziki tərbiyə dedikdə yalnız dama oyununu xatırlamaları…

0
476

Son illərdə təhsil sahəsində aparılan ciddi islahatlar sayəsində artıq gənc kadrlar işləmək üçün ucqar kəndlərə üz tuturlar. Qəlbində şagird sevgisi,peşəsinə bağlılıq olan qəhramanımız fiziki tərbiyə müəllimi Rəşad Usubalıyevdir:

‘ Şamaxı rayonunun ən ucqar kəndlərindən olan Sisə gələrkən məktəbdə qarşılaşdığım mənzərə məni təəccübləndirdi. İdman alətlərinin olmaması,idman zalının yoxluğu, şagirdlərin fiziki tərbiyə dedikdə yalnız dama oyununu xatırlamaları məni üzgün notlara qərq etdi “.

Müəllim işlədiyi 2 il müddətində ilk növbədə şagirdlərə fənnin nəzəri məsələlərini dərindən mənimsədə bilib.
Dərsdə istifadə edilən resursların əldə edilməsinə gəlincə müsahibimiz bu işin də imkanlar daxilində öhdəsindən gəldiyini bildirir.

 

” Şagirdlərlə birlikdə futbol və voleybol meydançaları hazırladıq. Bədən əzələlərinin də inkişafı üçün turnik və başqa alətlər düzəltdik.
Nəzəri dərslərimizi də lazımi səviyyəyə gətirdik “.

Hal-hazırda şagirdlərin sevimlisinə çevrilən Rəşad müəllim şagirdlərinin respublika və beynəlxalq səviyyəli yarışlardan medal qazanacağına çox inanır.

Rahib Məmmədov

Terefsiz.az