Sağlam dəri üçün nə etməliyik ?

0
788

Sağlam dəri üçün nə etməliyik ?

Dəri ən böyük orqandır və orqanizmimizi ətraf mühit faktorlarından qoruyan bir bariyerdir. Ən dəyərli libasımız sayılır və nəzərə alsaq ki, yaşlanmanın ilk əlamətləri də dəridə görülməyə başlayır, bu baxımdan da dəri sağlamlığı , düzgün qulluq çox önəmlidir. Bu sağlamlıq genetik quruluşumuzdan, ətraf – mühit faktorlarından, yanaşı gedən xəstəliklərdən, zərərli vərdişlərimizdən , düzgün qidalanma vs. kimi səbəblərdən asılıdır. Sağlam və gözəl dəriyə sahib olmaq üçün aşağıdakılara əməl etmək mütləqdir :

1. Siqaretdən imtina;
2. Alkaqol qəbulundan imtina;
3. Düzgün yuxu rejimi ( Gündəlik 6-8 saat , yuxunun ən vacib dövrü 23:00 – 04:00 olduğu araşdırmalarda göstərilib. ) ;
4. Stressdən uzaq olmaq ;
5. Günəşli günlərdə saat 12-14 arası açıq havada olmamaq;
6. Həm UVA , həm də UVB dən qoruyan SPF ( Gündən qoruyucu) krem istifadə etmək;
7. Dəri tipinə görə gündəlik dəri baxımı ;
8. Nəmləndirici vasitələrin istifadəsi ; ( Dermatoloq məsləhəti ilə )
9. Mümkün qədər makiyajdan az istifadə və evə gələn kimi təmizlənməsi ; ( başqasının makiyaj vasitələrindən istifadə etmək olmaz , istifadə müddətinə baxmaq, nonkomedonik özəllikdə olmalıdır, istifadədən əvvəl dəri nəmləndirilməlidir. )
10. Orqanik ve düzgün qidalanma ; ( Antioksidant esaslı )
11. Mütəmadi gimnastik hərəkətlər ;
12. Hər 6 -12 aydan bir makiyaj vasitelerinin yenilenmesi ; ( Göz ətrafı üçün olanlar 3 aydan bir )
13. Mütəmadi üz masajı və eqzersizləri ;
14. Bol – bol su içmək ; ( Çəkidən asılı olaraq, yaz – yay aylarında 3 – 4 litrə qədər, qış aylarında ilıq halda 1- 1,5 litrə qədər)

Dermotoloq Əli Hətəmov