“Sağlam Həyat Uğrunda” İctimai Maarifləndirmə adlı layihə həyata keçiriləcək.
TEREFSİZ.AZ saytı xəbər verir ki, “Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi “Sağlam Həyat Uğrunda” İctimai Maarifləndirmə adlı layihə çərçivəsində Hacıqabul, Sabirabad və Şirvan şəhərlərində təlimlər həyata keçirəcəkdir. Ümumilikdə layihə 360 nəfər gənci əhatə edəcəkdir.
Layihənin icrası Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi sosial təcrid olunmuş gəncləri təlimlərə cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək, gənclər arasında sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin Covid-19-a və narkomaniyaya qarşı sosial fəallığının artırılması və asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdır.
Layihə çərçivəsində fəaliyyətlər əsasən “təlimçilər üçün təlim” formatında təşkil olunacaqdır ki, bu da özü-özlüyündə gələcəkdə bu təlimləri uğurla bitirən gənclərin təlimçi kimi yetişməsinə yardımçı olsun.
Terefsiz.az