Sahib Nurəddin oğlu Ələkbərov “Şöhrət” ordeni ilə təltif edilib.
TEREFSİZ.AZ saytı ” report “a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, S.Ələkbərov 1952-ci il yanvarın 10-da Samux rayonunda anadan olub. 1972–ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu,1984–cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib. Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub. 2005-ci ildən 2009-cu ilədək Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul ayının tarixli sərəncamı ilə vergilər nazirinin müavini təyin edilib. Dövlət başçısının 2020-ci il 1 aprel tarixli sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.
Ailəlidir, üç övladı var.
Terefsiz.az