Sahibkarlara xəbərdarlıq edildi: Bunlara diqqət edin!

0
250

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Yeni il üçün hədiyyə qutularının hazırlanması zamanı qüvvədə olan mövcud texniki normativ hüquqi aktların tələblərinə əməl edilməsi ilə bağlı sahibkarlara xəbərdarlıq edib.

Terefsiz.az xəbər verir ki, bununla bağlı AQTA-dan məlumat verilib.

Xəbərdarlıqda qeyd edilib ki, məqsəd əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsidir:

“Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan tarix qutunun qablaşdırılma tarixidir. Ona görə də istehlakçıların yeni il hədiyyə qutuları alarkən qutunun içərisindəki qida məhsulunun çeşidindən asılı olaraq onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və s. kimi məlumatlara diqqət yetirməsi tövsiyə olunur.

Əgər vətəndaşlarda hədiyyə qutularındakı qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələr yaransa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur”.