Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda görüşlərdə dopinq testi olacaq.
“Terefsiz.az” xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç bildirib.
FIDE rəhbəri şahmatda heç vaxt dopinqin aşkarlanmadığını da söyləyib: “Buna baxmayaraq, Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə müqaviləmizə uyğun olaraq biz qrossmeysterlərdən hər qarşılaşmada bir dəfə dopinq testi almalıyıq”.
Qeyd edək ki, şahmat tacı uğrunda görüş aprelin 7-dən mayın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.