Şahzadə Harri və xanımı Meqan Markl Kanadadan ABŞ-a köçüb.
Bu barədə “The Sun” xəbər yayıb.
Bildirilib ki, Kanada və ABŞ arasında sərhəd bağlanmazdan əvvəl cütlük özəl reyslə Los-Ancelesə gedib. Onlar Hollivud yaxınlığında yaşamağı düşünür.
Vurğulanııb ki, köçmə fikri qəfil yaranmayıb, əvvəlcədən planlaşdırılıb:
“Onlar müxtəlif səbəblərdən Kanadanın onlara uyğun ölkə olmadığını anlayırdılar”.
istinad:oxu.az