Şahzadə Harri Britaniyanı tərk etdi – FOTO

0
147

Şahzadə Harri Böyük Britaniyanı tərk edərək Kanadaya – həyat yoldaşı Meqan Markl və və səkkiz aylıq oğlu Arçinin yanına gedib.

Terefsiz.az bu barədə “The Sun”-a istinadən xəbər yayır.

Uçuşdan əvvəl Sasseks hersoqu Britaniya-Afrika investisİya sammitində iştirak edib və baş nazir Boris Consonla söhbət edib.

Xatırladaq ki, yanvarın əvvəlində Şahzadə Harri və Meqan Markl kral ailəsinin böyük üzvləri statusundan və puldan imtina etdiklərini elan ediblər. Onlar bu yolla maliyyə müstəqilliyi əldə etmək istədiklərini deyiblər.

Kraliça Elizabet nəvəsinin bu qərarından kədərlənsə də, gənc ailəni dəstəklədiyini bəyan edib.

istinad:oxu.az