Şahzadə Uilyamdan gözlənilməz açıqlama: Qardaşımı bir daha qucaqlaya bilməyəcəyəm

0
187

37 yaşlı Şahzadə Uilyam şahzadə Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsinin böyük üzvləri vəzifəsindən istefa etməsi qərarını ilk dəfə şərh edib.

O, artıq əvvəlki kimi yaxın münasibətlərə sahib olmadıqlarına görə təəssüfləndiyini bildirib.

Bunu Terefsiz.az “Times” nəşrinə ailəyə yaxın insayderlər məlumata istinadən bildirir.

“Həyatımız boyu əlimi çiyninə qoyaraq qardaşımın yanında olmuşam. Mən onu heç vaxt qucaqlaya bilməyəcəyəm – tamamilə yad olmuşuq. Bundan kədərlənirəm. Hamımızın bir komanda olmasını istəyirəm”, – deyə Şahzadə Uilyam dostlarından biri ilə söhbətində deyib.

Keyt Middeltonun əri, ingilis tabloidlərin yazdığı məlumata görə, “dərin kədər” içindədir. Kembric hersoqu Şahzadə Harri və həyat yoldaşının bir gün yenə öz qohumları ilə ortaq dil tapa biləcəyinə ümid etdiyini bildirib.

Bir neçə gün öncə Şahzadə Çarlzın oğlu şahzadə Harri və həyat yoldaşının qərarı səbəbindən əsəbləşərək, qəzəbləndiyi bildirilib. Şayiələrə görə, guya ailələrinə kral səlahiyyətlərini istefa edəcəkləri barədə xəbərdarlıq etmədikləri iddia edilib. Yanvarın 10-da kraliça II Yelizaveta təcili iclas keçirib. Ailənin iclası sabah da keçiriləcək, lakin Meqan Markl orada iştirak etməyəcək. O, məsələnin həllinə dair kral ailəsi ilə telefonla əlaqə qurmağı planlaşdırır. İndi Meqan səkkiz aylıq oğlu Arçi ilə Kanadadadır.

Qeyd edək ki, yanvarın 8-də şahzadə Harri və Meqan Markl krallıq imtiyazlarından imtina etmək və kral evindən maddi cəhətdən müstəqillik əldə etmək istədiklərini bildiriblər. Aylarla fikirləşdikdən sonra bu qərara gəldikdlərini açıqlayan cütlük bundan sonra vaxtlarını Britaniya və Şimali Amerikada keçirəcəklərini bəyan ediblər.

Rəşad Əliyev

istinad:oxu.az