Şahzadənin həyat yoldaşı aktyorluğa qayıdır – “Disney”lə müqavilə imzalandı

0
145

Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl “The Walt Disney Company” ilə müqavilə imzalayıb.

Terefsiz.az bu barədə “The Times”-ə istinadən yazır.

Nəşrin məlumatına əsasən, Sasseks hersoginyası cizgi filmində personajı səsləndirəcək, qarşılığında isə studiya heyvanları brakonyerlərdən qoruyan “Sərhədsiz fillər” xeyriyyə təşkilatına böyük məbləğdə ianə edəcək.

Qəzet qeyd edir ki, bu müqavilə Sasseks ailəsinin gələcəkdə də belə sazişlərin imzalanması üçün öz ulduz statusundan istifadə edəcəklərinə işarə edir.

Xatırladaq ki, yanvarın 8-də şahzadə Harri və Meqan Markl krallıq imtiyazlarından imtina etmək və kral evindən maddi cəhətdən müstəqillik əldə etmək istədiklərini bildiriblər. Aylarla fikirləşdikdən sonra bu qərara gəldikdlərini açıqlayan cütlük bundan sonra vaxtlarını Britaniya və Şimali Amerikada keçirəcəklərini bəyan ediblər.

Analitiklərin proqnozuna əsasən, Sasseks hersoq və hersoginyası öz imicindən məharətlə istifadə etməklə ildə təxminən yarım milyard funt (655 milyon dollar) qazana biləcəklər. Şahzadə Harri və həyat yoldaşının ehtimal olunan gəlir mənbələri arasında “Sussex Royal” markası altında özlərinin geyim xəttini işə salmaları, mühazirə ilə çıxışları və s. qeyd olunur.

istinad:oxu.az