Dünyaca məşhur kolumbiyalı müğənni Şakira yeni imici ilə gündəmə gəlib.
Terefsiz.az xəbər verir ki, ifaçı uzun sarı saçlarını kəsdirərək qəhvəyi rəngə boyayıb.
Yeni imicini sosial media hesabında paylaşan ifaçının izləyiciləri onu bəyənib, bu imicin yaraşdığını bildiriblər.
Şakira 2020-ci ilin ilk mahnısını da təqdim edib. Fevralın 3-də Cennifer Lopezlə eyni səhnəni paylaşacaq ifaçı bir çox yeniliklər edəcəyini açıqlayıb.
istinad:oxu.az