Salah klublararası dünya çempionatının “Qızıl top”una layiq görülüb.

0
457

“Liverpul”un hücumçusu Məhəmməd Salah 2019-cu ilin klublararası dünya çempionatının nəticəsinə görə ən yaxşı futbolçu kimi turnirin “Qızıl top” mükafatına layiq görülüb.

Bu barədə Terefsiz.az saytı FİFA-nın mətbuat xidmətinin “Twitter” səhifəsinə istinadən bildirir.

Yarışın Dohadakı “Halifa İnternational” stadionunda keçirilmiş final matçında “Liverpul” əlavə vaxtda “Flamenqo”ya 1:0 hesabı ilə qalib gəlib.

Salah qarşılaşmanı meydanda keçirib və yalnız final fitinə az qalmış əvəz olunub. “Monterre” ilə yarımfinal matçında isə Məhəmməd əvəz edilmədən oynayıb.

“Liverpul” tarixində ilk dəfə klublararası dünya çempionatının qalibi olub. Komanda Çempionlar Liqasının 2018/19 mövsümündə çıxış etmək hüququna yiyələnib.

Terefsiz.az