Samsung Galaxy S11 ilə Xiaomi Mi Mix 4 modelləri 108 MP’lik kamera əldə edə bilərlər

0
962

 Terefsiz.az saytı xəbər verir ki, bu həftənin əvvəli Samsung şirkəti 108 MP-lik ISOCELL Bright HMX kamera modulunu təqdim etmişdi. İndi isə internetdə həmin kamera modulunu ilk əldə edəcək smartfon modelləri barəsində məlumatlar ortaya çıxıb.

Bu barədə Gizchina və The Independent saytlarına istinadən Gagadget saytı xəbər verib.

Sözügedən kamera modulunu ilk əldə etməyə namizəd smartfon modeli Xiaomi Mi Mix 4-dür.

108 MP-lik ISOCELL Bright HMX kamera modulunun təqdimatı zamanı Samsung bildirmişdi ki, həmin kameranı ilk olaraq məhz Xiaomi smartfonu əldə edəcək. Lakin bunun hansı Xiaomi modeli olacağı barəsində məlumat verilməmişdi.

Bir sıra mənbələr qeyd ediblər ki, söhbət məhz Xiaomi Mi Mix 4-dən gedir. Daha öncəki məlumat sızıntılarında isə qeyd olunmuşdu ki, bu smartfon 64 MP-lik ISOCELL Bright GW1 kamera modulunu əldə edəcək.

Bəzi məlumatlara əsasən müəyyən müddət ərzində 108 MP-lik kamera modulu Xiaomi smartfonu üçün eksklüziv olacaq. Qeyd etmək lazımdır ki, Xiaomi Mi Mix 4-ün gələn ay təqdim olunacağı gözlənilir.

108 MP-lik kamera modulunu əldə edəcək növbəti namizəd isə gələn il təqdim olunacaq Galaxy S11-dir. Ice Universe ləqəbi ilə tanınan məşhur insayder qeyd edib ki, Galaxy S11 modeli ISOCELL Bright HMX kamera modulundan əlavə olaraq 10 qat optik zoom özəlliyini də əldə edəcək.

Terefsiz.az