Samux rayonunda bədbəxt hadisə yaşanıb.
Terefsiz.az saytı Oxu.az – a istinadən xəbər verir ki, hadisə rayonun Sərkar kəndində qeydə alınıb. 2014-cü il təvəllüdlü Həsənli Zeyid ağır vəziyyətdə xəstəxanaya gətirilib. Onun həyətlərindəki hovuza düşərək boğulduğu deyilir.
Azyaşlı hazırda özəl xəstəxanalardan birinə yerləşdirilib.
Samux rayon Polis İdarəsində hadisənin təfərrüatları araşdırılır.
Terefsiz.az