Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığındakı gölün kənarında baş verən davada iştirak edən 7 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib.
Terefsiz.az RİA “Novosti”yə istinadən xəbər verir ki, aralarında 4 Özbəkistan, 2 Azərbaycan, 1 Rusiya vətəndaşı olan şəxslər barəsində kiçik xuliqanlığa görə protokol tərtib olunub.
Hadisə zamanı xəsarət alan 1 özbəkistanlı xəstəxanaya yerləşdirilib.
Polis hadisə ilə əlaqədar araşdırma aparır.