” Savaşın içində savaş ” – BƏNÖVŞƏ MAHMUDQIZI

0
622

” Savaşın içində savaş “

Bir əsgər darıxır,
Güllələrin sayrışan yerində.
Mal-mülk yox,
Sevdikləri var gözündə.
İgidlik var özündə,
Ona görə cəbhədə,
Ona görə səngərdə,
Səngiməyən qorumaq instinkti ilə.
İrəliyə gedəcək,
Savaşın içində
Özü ilə əlavə bir savaş verəcək.
Qorxu, cəsarət,
Azadlıq, əsarət…
Sevdiyi qızı görə biləcək?
Ya xəstə anasını?
Savaşın içində
Özü ilə əlavə bir savaş verəcək.
Bir əsgər darıxır…
Darıxan əsgər irəli gedəcək,
Namusumuzu hifz edəcək!

Müəllif: Bənövşə Mahmudqızı

TEREFSİZ.AZ