Selena Qomez reklam qiymətini açıqladı – FOTO

0
148

Məşhur ABŞ aktrisası və müğənni Selena Qomez “Clothes Forever” video oyununun rəhbərliyini məhkəməyə verib.

TMZ-nın xəbərinə görə, məşhur ulduz bu addımı oyundakı qəhrəmanın Qomezə bənzəməsi səbəbindən atıb.

Qomez ondan icazə almadan “Flare” jurnalının üz qabığındakı şəklindən istifadə olunduğunu iddia edir.

Sənətçi, eyni zamanda onun obrazından istifadə edilən reklamın qiymətinin 800 min dollar (1 360 000 AZN) olduğunu da açıqlayıb.

“AppStore”da yerləşdirilən oyunun son dərəcə mənfi rəylər aldığını qeyd edən müğənni bu hadisənin onun reklam gəlirinə zərər vurduğunu iddia edib. O, itkilərin geri qaytarılması üçün tətbiqin satışından əldə olunan gəlirin bir hissəsini tələb edib.