Sergey Lavrov Ararat Mirzoyanla üçtərəfli bəyanatların icrasını müzakirə edəcək

0
66

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfərinin tarixi açıqlanıb.

“Terefsiz.az” TASS-a istinadən xəbər verir ki, səfər martın 20-də baş tutacaq.

O, martın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Nazirlərin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəkləri gözlənilir.

XİN-dən verilən məlumata görə, nazirlər görüş zamanı həm də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatların icrasını müzakirə edəcəklər: “Biz gözləyirik ki, bu görüş Cənubi Qafqazda təhlükəsiz və sabit mühitin təmin olunmasına töhfə verəcək”.

terefsiz.az