Şevçenko “Milan”a qayıdır?

0
164

Son illər uğursuz çıxışları ilə yadda qalan “Milan” baş məşqçi vəzifəsinə əfsanəvi futbolçusu Andrey Şevçenkonu gətirə bilər.

Terefsiz.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Hazırda Ukrayna millisini çalışdıran veteran hücumçunun da bu təklifə müsbət yanaşdığı bildirilir. 43 yaşlı mütəxəssisin “Milan”da işləmək üçün iki şərt irəli sürdüyü qeyd olunub. Birincisi, o, yalnız noyabrdan sonra bu vəzifəyə keçməyə razıdır. Çünki ona qədər Ukrayna yığmasının Avro-2020-nin seçmə mərhələ oyunları var. İkincisi, Şevçenko bir müddət həm yığmada, həm də “Milan”da işləmək niyyətindədir.

Qeyd edək ki, Andrey Şevçenko 1999-2006-cı illərdə “Milan”da çıxış edib.