Shamkir Chess 2019-un qalibi bəlli oldu

0
370

Shamkir Chess 2019-un qalibi bəlli oldu

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin qalibi müəyyənləşib.

Terefsiz.az-ın məlumatına görə, hazırkı dünya çempionu norveçli Maqnus Karslsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. O, 8-ci turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakin isə 4,5 xalda qalıb.

Şəhriyar Məmmədyarov qara fiqurlarla autsayder Aniş Giri ilə heç-heçə edib. Teymur Rəcəbov isə cari turda Hindistan təmsilçisi Vişvanatan Anandla xalı yarı bölüb.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə də yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.

İsmayıl Abdullayev