“ShamkirChess 2019”: 3 şahmatçı ilk qələbəsini qazanıb

0
321

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirində bu gün II turun görüşləri başa çatıb.

Tərəfsiz.az-ın  məlumatına görə, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bir-biri ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 0,5:0,5. İlk turda da heç-heçə edən qrossmeysterlərin hərəsinin 1 xalı var. Növbəti görüş hazırki dünya çempionu Maqnus Karlsenlə eks-çempion Vişvanatan Anand arasında olub. Maqnus Karlsen görüşdən qalib ayrılıb. Ümumilikdə turun 5 görüşünün üçündə qələbə, ikisində heç-heçə qeydə alınıb.

“ShamkirChess 2019”

II tur

Veselin Topalov (Bolqarıstan) – David Navara (Çexiya) – 0,5:0,5

Dinq Liren (Çin) – Alekandr Qrişuk (Rusiya) – 1:0

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Teymur Rəcəbov (Azərbaycan) – 0,5:0,5

Maqnus Karlsen (Norveç) – Vişvanatan Anand (Hindistan) – 1:0

Aniş Giri (Hollandiya) – Sergey Karyakin (Rusiya) – 0:1

Bu nəticələrdən sonra Karlsen, Liren və Karyakin hərəyə 1,5 xalla ilk 3 yeri bölüşür. Sonrakı 7 pillədəkilərin hərəyə 1 xalı var

İstinad:Report.az