- “ShamkirChess 2019”: Şəhriyar -Teymur qarşılaşması sülhlə bitdi
Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirində II turun görüşləri keçirilir.
Terefsiz.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bir-biri ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 0,5:0,5. İlk turda da heç-heçə edən qrossmeysterlərin hərəsinin 1 xalı var.
Hazırda Veselin Topalov (Bolqarıstan) – David Navara (Çexiya), Dinq Liren (Çin) – Alekandr Qrişuk (Rusiya), Maqnus Karlsen (Norveç) – Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) – Sergey Karyakin (Rusiya) görüşləri davam edir.
Qeyd edək ki, ilk turdan sonra şahmatçıların hər biri 0,5 xala malikdir. 9 turdan ibarət “ShamkirChess”ə aprelin 9-da yekun vurulacaq.