“Shell” Britaniyada elektromobillərin ən böyük enerjidoldurma şəbəkəsini alır. ( Ətraflı məlumat üçün linkə daxil olun )

0
183

TEREFSİZ.AZ saytı xəbər verir ki, “Royal Dutch Shell” şirkəti 2050-ci ilədək karbon tullantılarını sıfırlamaq proqramı çərçivəsində Böyük Britaniyanın elektromobillər üçün ən böyük enerjidoldurma şəbəkəsinin operatoru olan “Urbicity” şirkətini satın alır.

 

“Shell”in açıqlamasında məbləği göstərilməyən bu alqı-satqının cari ildə başa çatdırılacağı bildirilir.

 

“Urbicity”nin 2 700-dən artıq enerjidoldurma məntəqəsindən ibarət şəbəkəsi Böyük Britaniya bazarının 13 faizini əhatə edir. Bununla yanaşı, Almaniya və Fransada da bənzər şəbəkələri genişləndirən şirkət ayrı-ayrı enerjidoldurma məntəqələrini elektromobil sahiblərinə satmaqla məşğuldur.

 

“Royal Dutch Shell”in Böyük Britaniyadakı 430 enerjidoldurma stansiyasında 1 000-dən artıq elektromobil üçün enerjidoldurma məntəqəsi fəaliyyət göstərir.

 

Qeyd edək ki, son bir ildə Avropada elektromobillərə tələbatın əhəmiyyətli artımı nəzərə çarpır. Belə ki, “Volkswagen” şirkəti 2020-ci ildə elektromobil satışlarının 158 faiz artaraq 212 minə, “Mercedes Benz” brendinin sahibi “Daimler” 228 faiz artaraq 160 mini ötdüyünü, “Renault” 100 faiz artaraq 116 minə çatdığını açıqlayıb.

 

TEREFSİZ.AZ