Si Cinpin G20 sammitinə qatılacaq
Terefsiz.az saytı xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin Osakada keçiriləcək G20 sammitində iştirak edəcək.
Bu barədə “Sinxua” ÇXR-nin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kana istinadən məlumat yayıb.
Bildirilir ki, ÇXR-nin sədri Si Cinpin Yaponiyanın Baş naziri Sindzo Abenin dəvəti ilə G20-nin 14-cü sammitində iştirak etmək üçün iyunun 27-dən 29-dək Osakaya səfər edəcək.
Yaponiya ilk dəfədir ki, “Böyük iyirmiliyə” sədrlik edir. G20 liderlərinin sammiti Osakada iyunun 28-29-da keçiriləcək. ABŞ Prezidenti Donald Trampın G20 sammitində rusiyalı həmkarı Vladimir Putin və Çin sədri Si Cinpinlə görüşəcəyi gözlənilir.
Terefsiz.az