Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində naməlum mərmi atıb.
“Yonhap” agentliyi bildirir ki, bu barədə qərargah rəislərinin Milli Komitəsi tərəfindən yayılan məlumatda deyilir.
Qeyd edək ki, bu, ayın əvvəlindən Şimali Koreya tərəfindən aparılan artıq dördüncü sınaqdır. KXDR martın 2-də Yapon dənizi istiqamətində iki mərmi atıb, martın 9-da isə kiçik mənzilli raketlərin müxtəlif növlərini sınaqdan keçirib. Martın 21-də isə Kim Çın Inın rəhbərliyi altında taktiki raketlər buraxılıb.
istinad:oxu.az