Şimali Koreya Yapon dənizi istiqamətində raket sınaqdan keçirib.
Terefsiz.az saytı xəbər verir ki, bu barədə Cənubi Koreyanın Cənubi Koreya Baş Qərargah Rəisləri Birgə Komitəsinə istinadən “Yonhap” informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, hazırda Cənubi Koreya və ABŞ məlumatları təhlil edir.
Eyni zamanda “Kiodo” agentliyi raketin yaxın mənzilli olduğunu yazır.
Martda Amerika hökuməti KXDR-in raket sınaqlarına qayıdışının Birləşmiş Ştatlar tərəfindən etimaddan sui-istifadə kimi qiymətləndiriləcəyini bəyan edib.
Terefsiz.az