Sinan Oğan: “Paşinyanın beynini həyat yoldaşı doldurub”

0
122

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, TÜRKSAM rəhbəri Sinan Oğan Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara özünəməxsus reaksiya verib.

Bu barədə TÜRKSAM rəhbəri “Twitter” hesabında yazıb.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın beynini çox pis doldurublar. Rusiya ilə yanaşı Paşinyanın beynini dolduranlardan biri də müharibəni “Instagram pozu” zənn edən, mülki şəxslərdən 100 min nəfərlik ordu quracağını söyləyən, hərbi geyim və silahlarla “poz” verən arvadı Anna Akopyandır”, – deyə Sinan Oğan bildirib.

Qeyd edək ki, Sinan Oğanın paylaşımına türkiyəli “Twitter” istifadəçiləri böyük maraq göstərib. Azərbaycan xalqına və ordumuza çoxsaylı dəstək mesajları yazılıb.