Şirvanda 56 yaşlı şəxs kollektorda batıb.
“TEREFSİZ.AZ” bu barədə “Report”un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə istinad edir.
“112” qaynar telefon xəttinə Baş Şirvan Kollektorunun Şirvan şəhəri ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Cavadov Təyyar Mirhəsən oğlunun batması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
TEREFSİZ.AZ