SOCAR bu ilin I rübündə 3 milyard manat əməliyyat mənfəət əldə edib

0
109

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş əksər dövlət müəssisələri 2021-ci ildə olduğu kimi, 2022-ci ilin birinci rübündə də müsbət maliyyə nəticələri əldə ediblər.

“Terefsiz.az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 15-də Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bildirib.

“Belə ki, SOCAR (Dövlət Neft Şirkəti”, “AzerGold”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lər, “Azərbaycan Beynəlxalq Bankı”, “Azər-Türk Bank” ASC-lər 2021-ci ili əməliyyat mənfəəti ilə başa vurublar. Bu şirkətlərin əksəriyyətinin dividend ödəməsi imkanını müsbət qiymətləndiririk.

Ən iri portfel şirkəti olan SOCAR 2021-ci maliyyə ilini 8 milyard manat əməliyyat mənfəəti ilə başa vuraraq fəaliyyət tarixinin ən yüksək nəticəsini əldə edib. Xalis mənfəət 2,1 milyard manat olub. Eyni zamanda, 2022-ci ilin birinci rübünün nəticələri də təqribən 3 milyard manat təşkil edərək, artan tendensiyanı qoruyur”, – deyə nazir qeyd edib.

terefsiz.az