ABŞ keçən həftə İrana aid ikinci dronu (pilotsuz uçuş aparatı –red.) vurub.
Terefsiz.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ donanmasından bildirilib.
Xatırladaq ki, iyulun 18-də ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin gəmisinin Hörmüz boğazında İranın pilotsuz təyyarəsini vurduğunu bildirib. ABŞ prezidenti qeyd edib ki, pilotsuz təyyarə Hörmüz boğazında Amerika gəmisinin təxminən 900 metrliyində idi. Onun sözlərinə görə, təyyarə ABŞ gəmisi üçün təhlükə təşkil edirdi.
Lakin Trampın açıqlaması Tehran tərəfindən təkzib edilib.
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) isə ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus gəminin Hörmüz boğazında vurması iddialarına cavab olaraq videonu dərc edib. Kadrlarda göstərilmiş tarixə görə, pilotsuz təyyarə Donald Trampın açıqlamasından sonra da çəkilişə davam edib.